← Vakansiyalar

Piroşki və Qutab ustası

PREMIUM
G Grab Star
Tam ştat Bakı Kulinariya / Bişirmə / Hazırlama
Şirniyyat və çörək istehsalı sahəsində fəaliyyət göstərən müəssisəmizə Piroşki və Qutab Ustası vəzifəsinə əməkdaş axtarılır. İş yerləri: Məhəmmədi qəsəbəsi Papanin Hospitalının yanı Hövsan qəsəbəsi Əmək haqqı: Əmək haqqı namizədin iş təcrübəsi və peşəkar bacarıqlarına uyğun olaraq müəyyən edilir. Namizədə tələblər: Piroşki və müxtəlif çeşiddə qutabların hazırlanması üzrə iş təcrübəsi; Xəmirin hazırlanması, yoğrulması, kündələnməsi və yayılması proseslərini bilməsi; Piroşki və qutab üçün müxtəlif içliklərin hazırlanması və düzgün porsiyalanması; Məhsulların forma və ölçü standartlarına uyğun hazırlanması; Piroşkilərin bişirilməsi/qızardılması və qutabların düzgün bişirilməsi; Məhsulların keyfiyyətinə, dadına və görünüşünə nəzarət etməsi; Sanitariya və gigiyena qaydalarına riayət etməsi; İş yerini və istifadə olunan avadanlıqları təmiz və səliqəli saxlaması; Məsuliyyətli, səliqəli və intizamlı olması; Komandada işləmək bacarığı. Şirkət tərəfindən: Rəsmi əmək müqaviləsi Stabil və vaxtında əmək haqqı Rahat və peşəkar iş mühiti Daimi iş imkanı Müraciət üçün: 051 632 00 20 (WhatsApp aktivdir)

İş şəraiti

Ünvan
Hövsan qəsəbəsi