← Vakansiyalar

Mühafizəçi - City Garden, Nərimanov (gündüz növbəsi) və Dərnəgül (gecə növbəsi)

L LANDAU School
Tam ştat Bakı Təhlükəsizlik / Mühafizə
“LANDAU School” da City Garden və Nərimanov üçün Gündüz növbəsi Mühafizəçilər və Dərnəgül kampusu üçün gecə növbəsi Mühafizəçi axtarışındayıq! Öhdəliklər: Məktəb binasına buraxılışa nəzarət etmək, kənar şəxslərin binaya daxil olması ilə bağlı müvafiq vəzifəli şəxsə məlumat vermək. Zərurət olduğu halda məlumat və icazə alınması məqsədilə məktəbin rəhbərliyinə müraciət etmək​; Binaya buraxılan şəxslərin "Nəzarət buraxılış qeydləri" kitabında qeydiyyatını aparmaq​; Kənar (üçüncü) şəxslərin, habelə valideynlərin icazəsiz binaya daxil olmasına imkan verməmək​; Məktəbin əmlakını və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət yarandıqda inventar sayımınında iştirak etmək; Şəxslərin məktəb ərazisində bir-birilərinə münasibətdə təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər nizam-intizam qaydalarının pozulmasını müəyyən etdikdə bu barədə birbaşa rəhbərinə məruzə etmək; Fövqəladə hallar zamanı Yanğından mühafizə və texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq “Yanğın Marşal”ının vəzifəsini öz üzərinə götürmək və tam dəqiqliklə icra etmək; Birbaşa rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək​; Məktəbin həyata keçirdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək. Tələblər: Müvafiq sahə üzrə iş təcrübəsi​; İş yeri: "LANDAU School" City Garden, Narimanov ve Dernegul Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; Könüllü tibbi sığorta; Landau School-da uşaqların təhsilinə xüsusi endirimlər Müraciət üçün: 099 20 604 49 (vatsap ancaq Zəhmət olmasa, müraciətlə bağlı zəng etməyin. Bütün müraciətlərə geri dönüş yalnız vatsapp üzərindən ediləcəkdir). Müraciət edən namizədlər mütləq şəkildə CV-lərini və ya ən azı özləri haqqında qısa məlumatı və kampus uyğunluğunu qeyd etməlidir. Əks halda müraciətlər nəzərdən keçirilməyəcək və geri dönüş təmin edilməyəcəkdir.