← Vakansiyalar

Modelyer

N Nur Collection
Tam ştat Bakı Toxuculuq / Tekstil / Dərzixana
Əmək haqqı: Razılaşma yolu ilə İş şəraiti 6 günlük iş həftəsi (6-ci gün qısa iş) Nahar şirkət tərəfindən təmin olunur Nahar fasiləsi: 13:00 - 14:00 Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü) Əsas Vəzifələr: Tekstil və moda bazarını daim araşdırmaq, bazardakı yenilikləri və müştəri tələblərini analiz etmək; Bazarın tələbinə uyğun yeni geyim modelləri və məhsul ideyaları hazırlamaq və təklif etmək; Hazırlanacaq modellərin satış potensialını əvvəlcədən qiymətləndirmək; Müştəri zövqü, mövsümi tələbat, moda trendləri və satış göstəricilərinə əsasən məhsul çeşidinin formalaşdırılmasında iştirak etmək; Hansı model, rəng, parça və dizaynların daha çox satıla biləcəyini müəyyən etmək; İstehsal üçün yeni model və məhsul təkliflərini hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək; Mövcud məhsulların satış nəticələrini analiz edərək uğurlu və zəif modelləri müəyyən etmək; Rəqiblərin məhsul çeşidini, qiymətlərini və bazardakı mövqeyini araşdırmaq; Yeni məhsulların bazara çıxarılmasından əvvəl kommersiya və satış potensialını təhlil etmək; Tekstil və geyim sahəsində istehsal prosesini, parça növlərini, model xüsusiyyətlərini və məhsul keyfiyyətini yaxşı bilmək; İstehsal və satış arasında məhsul istiqamətinin düzgün formalaşdırılmasına dəstək olmaq; Satışların artırılması üçün yeni məhsul və model strategiyaları təklif etmə Namizədə tələblər: Orta/Ali təhsil Müvafik sahə üzrə minimum 2 il iş təcrübəsi Komandada və təkbaşına işləmə qabiliyyəti; Diqqətli, məsuliyyətli və operativ olmaq. Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Modelyer” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 19.09.2026