← Vakansiyalar

İstehsal rəhbəri-Texnoloq (qadın)

N Nur Collection
Tam ştat Gəncə Əkinçilik / Bitkiçilik / Quşçuluq / Heyvandarlıq
Qida istehsalı sahəsində fəaliyyət göstərən müəssisəmizə İstehsal Rəhbəri / Texnoloq vəzifəsinə xanım namizəd axtarılır. İş yeri: Gəncə şəhəri, Avtozavod yolu, İş qrafiki: 6 günlük iş həftəsi Əmək haqqı: Razılaşma əsasında Əsas vəzifələr: Kənd təsərrüfatı istehsal proseslərinin ümumi idarə edilməsi və koordinasiyası; Əkinçilik və heyvandarlıq istiqamətləri üzrə istehsal proseslərinə nəzarət; İstehsal planlarının hazırlanması və icrasının təmin edilməsi; Əkin sahələri, məhsuldarlıq və aqrotexniki proseslərin nəzarətdə saxlanılması; Heyvanların saxlanılması, yemlənməsi və ümumi təsərrüfat proseslərinin koordinasiyası; Yem, toxum, gübrə və digər istehsal resurslarına olan tələbatın müəyyənləşdirilməsi; İstehsalda istifadə olunan xammal və materialların keyfiyyətinə nəzarət; İstehsal göstəricilərinin təhlili və hesabatların hazırlanması; İstehsal prosesində səmərəliliyin artırılması və itkilərin azaldılması; İşçi heyətinin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün aparılması; Əməyin mühafizəsi, sanitariya və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət; İstehsal prosesində yaranan problemlərin operativ həlli və rəhbərliyə məlumat verilməsi. Namizədə tələblər: Kənd təsərrüfatı istehsalı sahəsində 5 il iş təcrübəsi; Əkinçilik və heyvandarlıq prosesləri barədə praktiki biliklər; İstehsal proseslərinin planlaşdırılması və idarə edilməsi bacarığı; Komanda idarəetmə və təşkilati bacarıqlar; Analitik düşüncə və məsuliyyətlilik; MS Office proqramlarında işləmək bacarığı; Xanım namizəd. Müraciət etmək istəyən namizədlər “CV”–lərini mövzu hissəsində vəzifə adını “ İstehsal rəhbəri-Texnoloq” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına və ya 0102564407 vatsap nömrəsinə göndərə bilərlər.