Araz supermarket
Bakı
Araz” əhalini yüksək keyfiyyətli, sərfəli qiymətlə qida və qeyri-qida məhsulları ilə fasiləsiz təmin edən ən böyük pərakəndə satış şəbəkələrindən biridir. Müştərilərin məmnuniyyətini və rəğbətini qazanaraq sürətli inkişaf yolunu seçən “Araz” supermarketlər şəbəkəsi “Siz harada, “Araz” orada" şüarı ilə 2011-ci ildə 4 filialla xidmətə başlayıb. Bütün Azərbaycanı əhatə etməyi hədəfləyən “Araz” supermarketlər şəbəkəsinin Bakı, Sumqayıt, Xırdalan şəhərləri, eləcə də Ağcəbədi, Bərdə, Beyləqan, Daşkəsən, Gəncə, Goranboy, İmişli, Qəbələ, Quba, Lənkəran, Mingəçevir, Saatlı, Şabran, Şamaxı, Şəki, Siyəzən, Tovuz, Ucar, Yevlax, Zaqatala, Balakən, Naxçıvan şəhəri, Culfa, Şərur, həmçinin doğma Qarabağımızda - Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Xocavənd, Ağdam şəhərlərində filialları var. Peşəkar insan resurslarına malik olan “Araz” supermarketlər şəbəkəsi müştərilərinə keyfiyyətli xidmət göstərməyə davam edir və günü-gündən öz əhatə dairəsini genişləndirir. Daim yenilikləri izləyən və inkişaf strategiyasını bazar tələblərinə uyğun olaraq müəyyənləşdirən “Araz” supermarketlər şəbəkəsi Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən müasir logistik mərkəzi ilə hər gün yüz minlərlə müştəriyə öz xidmətlərini təqdim edir. Müştərilər hər gün “Araz”dan təzə və təravətli meyvə, tərəvəz, gigiyenik standartlara uyğun, halallıqla kəsilən təzə ət və ət məhsulları, sobadan yeni çıxmış isti “Xonça” şirniyyatları, un məmulatları əldə edə bilərlər.
Açıq vakansiyalar (4)
Təndirçi
Araz supermarket
18-65 yaşadək Satıcı-Kassir (Nərimanov , Gənclik, İnqilab, 8 noyabr metrosu yaxınlığı)
Araz supermarket
Satıcı-kassir
Araz supermarket
Fəhlə – Maltoplayan
Araz supermarket